Ana Sayfa > Karusel / İdman > “Barselona” yenə "Selta"yla bacarmadı
“Barselona” yenə "Selta"yla bacarmadı18-04-2018, 09:27. Yazar: Xeberaz |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün İspaniya Primerasında XXXIII tura start verilib. Turun qarşılaşmaları üç gün ərzində keçiriləcək. İlk oyun günü çempionatın lideri “Barselona”nın səfər sınağı ilə əlamətdar olub. Kataloniyalılar 1-ci dövrədə olduğu kimi yenə “Selta” ilə məhsuldar heç-heçəylə kifayətlənib - 2:2. Liderlər qrupunda qərarlaşan “Real”la “Valensiya” ertəsi gün meydana çıxacaq. Hər iki komanda ev oyununda xal hesabını artırmağa çalışacaq. “Barselona”nın ən yaxın izləyicisi “Atletiko” turun son günündə səfər sınağına çıxacaq. Madrid klubu “Real Sosyedad”ın qonağı olacaq. İspaniya Primerası XXXIII tur 17 aprel “Deportivo” – “Sevilya” - 0:0 “Selta” – “Barselona” - 2:2 Qollar: Conni, 45, Aspas, 82 - Dembele, 36, Alkaser, 64 “Vilyarreal” – “Leqanes” - 2:1 Qollar: Ruiz, 42, Bakka, 55 - Brasanaç 18 aprel 21:30. “Espanyol” – “Eybar” 21:30. “Valensiya” – “Xetafe” 23:30. “Real” – “Atletik” 19 aprel 21:30. “Alaves” – “Jirona” 21:30. “Real Sosyedad” – “Atletiko” 23:30. “Levante” – “Malaqa” 23:30. “Betis” – “Las Palmas” Turnir cədvəli
Bombardir: Lionel Messi (“Barselona”) – 29 qol Geri dön |