Ana Sayfa > Karusel / Hadisə > Cəlilabadda "Qazel" və avtobus toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəlilabadda "Qazel" və avtobus toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb


18-04-2018, 09:16. Yazar: Xeberaz


Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə bu gün axşam saat təxminən 22:50 radələrində Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hisəsindəki yanacaqdoldurma stansiyası yaxınlığında qeydə alınıb.
Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar "təcili yardım" maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.
İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Geri dön