Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Fotogalereya > Sabah bəzi rayonlarda qaz olmayacaq

Sabah bəzi rayonlarda qaz olmayacaq


7-07-2015, 18:13. Yazar: Xeberaz
Sabah bəzi rayonlarda qaz olmayacaq
“Azəriqaz” İB məlumat yaydı.

İyulun 8-də saat 10:00-dan 18:00-dək Qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Oxu.Az-a “Azəriqaz” İB-dən verilən məlumata görə, təmir müddətində Astara rayonunun Ərçivan və Kijəba kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Qeyd edək ki, aparılan işlərin Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarının, eləcə də Bərdə, Tərtər, Ağdam, Ağdaş, Göyçay və Qəbələ rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Geri dön