Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü

Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü


15-04-2018, 13:06. Yazar: Xeberaz

Fövqəladə Hallar Nazirliyi Xaçmazda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılması barədə müraciət daxil olub. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
 
 
 
10:18
 
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.
 
1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi 50 CM 264 markalı, “VAZ 2107" markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
 
Hadisə nəticəsində A. Məmmədov dünyasını dəyişib.
 
O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.




Geri dön