Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir... – ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI

Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir... – ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI


13-04-2018, 11:51. Yazar: Xeberaz


Şüyüd tərkibində olan bir çox mineral və vitamin sayəsində insan orqanizmi üçün olduqca faydalı göyərtidir.
Şüyüdün insan orqanizminə inanılmaz faydalarını sadalayır.
- Bir az doğranmış şüyüdü yeməklərdən təxminən 15 dəqiqə öncə yeyərək, özünüzü uzun müddət tox hiss edə bilərsiniz.
- Tərkibində bol miqdarda fosfor, maqnezium, mis, dəmir, sink, A və C vitaminləri yer alır.
- Bir dəstə şüyüd yeməklə gündəlik A vitamini ehtiyacınızın 43 faizini, C vitamini ehtiyacınızın isə 40 faizini qarşılaya bilərsiniz.
- Həzmsizlik, mədə ağrısı və bu kimi sağlamlıq problemlərinin müalicəsində istifadə olunan təbii vasitədir.
- Köpü aradan qaldırır.
- Bol miqdarda kalsium ehtiyatı olan şüyüd sümük sağlamlığını qoruyur.
- Hıçqırıq müalicəsində şüyüd istifadə oluna bilər.
- Tərkibində olan B vitamini və yağlar sayəsində yuxusuzluğu önləyir, sakitləşdirici təsir göstərir.
- Qanda şəkərin səviyyəsini aşağı salır.
- Xərçəng müalicəsində istifadə olunur.
- Revmatizm, iltihab, artrit və oynaq iltihabı xəstəliklərinin səbəb olduğu ağrıları müalicə edir. Sümükləri bərkidir.
- Menstruasiya pozuntusu zamanı faydası var.
- Ağız və diş xəstəliklərinə qarşı təsirlidir. Şüyüd yarpaqları istifadəsi ilə ağız içi infeksiyaları müalicə edə bilərsiniz.
- Depressiyanı azaltmağa kömək edir.
-  Xolesterolu aşağı salır.
- Nəfəs yolu xəstəliklərində müalicəvi təsiri var.
(ailem.az)
Geri dön