Ana Sayfa > Karusel / Gündəm / İdman > Avropa Liqasında yarımfinal həyəcanı

Avropa Liqasında yarımfinal həyəcanı


12-04-2018, 15:47. Yazar: Xeberaz

Bu gün Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 4 matçın hamısı eyni vaxtda start götürəcək.
 
Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi MOİK yoluna davam etmək üçün möcüzə gerçəkləşdirməlidi. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan “Arsenal”ın bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

AL-in sürpriz komandası “Zalsburq” İtaliya təmsilçisi “Latsio”nu doğma azarkeşləri önündə qəbul edəcək. Avstriyalılar 2 cavabsız qol vuracaqları təqdirdə, yeni tarix yazacaqlar. Bu mənada turnirin qalibi olmağı hədəfləyən romalıların işi asan olmayacaq.
 
Avropa Liqasının bir nömrəli favoriti hesab edilən “Atletiko” Portuqaliyada “Sportinq”lə üz-üzə gələcək. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdurmaq əzmindədi.
 
Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutacaq. Belə ki, “Marsel” “Leyptsiq”i sınağa çəkəcək. Evdəki minimalhesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük verir.
 
 
Avropa Liqası
1/4 final (cavab oyunları)
12 aprel
 
23:05. MOİK (Rusiya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Moskva. “MOİK Arena”
İlk oyun – 1:4
 
23:05. “Zalsburq” (Avstriya) – “Latsio” (İtaliya)
Baş hakim: Damir Skomina (Sloveniya)
Zalsburq. Şəhər stadionu
İlk oyun – 2:4
 
23:05. “Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya)
Baş hakim: Milorad Maziç (Serbiya)
Lissabon. “Joze Alvalade” stadionu
İlk oyun – 0:2
 
23:05. “Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Marsel. “Velodrom” stadionu
İlk oyun – 0:1


Geri dön