Ana Sayfa > Karusel / Gündəm > “Pozuntu faktı ilə bağlı hər hansı müraciət daxil olmayıb”
“Pozuntu faktı ilə bağlı hər hansı müraciət daxil olmayıb”12-04-2018, 15:21. Yazar: Xeberaz |
“Hər hansı pozuntu faktının olması ilə bağlı yerli və beynəlxalq müşahidəçilər tərəfindən Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb”. Bunu MSK sədri Məzahir Pənahov səsvermənin ilkin nəticələrinə həsr olunmuş brifinqdə deyib. O qeyd edib ki, həmçinin təmsil etdiyi qurum sosial şəbəkədə yayılan məlumatları da araşdırıb. “Biz məlumat yayılanda onu araşdırmışdıq. O məlumat bir mənbədən qoyulmuşdu. Daha sonra bir neçə şəxs tərəfindən tirajlandı. Dərhal MSK məsələni araşdırmağa başladı. Məlumatlar həqiqətə uyğun gəlmədi. Həmin dairədə elə müşahidəçi olmayıb. Biz bununla bağlı hazırladığımız press-relizi də hətta yüngül formada yaydıq. Məqsəd ondan ibarətdir ki, bütün nüfuzlu tərəflərə məsələnin necə olduğunu çatdıraq”. Geri dön |