Ana Sayfa > Karusel / Hadisə / M2 / Fotogalereya > Taksi sürücüsünü qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Taksi sürücüsünü qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB


7-07-2015, 16:38. Yazar: Xeberaz
Taksi sürücüsünü qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Xaçmaz rayonunda 1989-cu il təvəllüdlü rayon sakini Məmmədov Famil Fərhad oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Abbaslı Ramil Etibar oğlu polis tərəfində tutulub.
Qeyd edək ki, öldürülən şəxs taksi sürücüsü olub. Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

******
11:04
Xaçmaz rayonunda qətl hadisəsi törədilib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Nabran qəsəbəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Famil Fərhad oğlu qətlə yetirilib. O, bıçaqlanaraq öldürülüb. Qətlə yetirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Geri dön