Ana Sayfa > Karusel / Gündəm > Beynəlxalq müşahidəçi: “Seçkilər tam şəffaf şəkildə həyata keçirilir”

Beynəlxalq müşahidəçi: “Seçkilər tam şəffaf şəkildə həyata keçirilir”


11-04-2018, 11:08. Yazar: Xeberaz
Beynəlxalq müşahidəçi: “Seçkilər tam şəffaf şəkildə həyata keçirilir”
“Azərbaycanda seçkilər qaydalara uyğun və tam şəffaf şəkildə həyata keçirilir”.
Bunu MDB üzrə beynəlxalq müşahidəçi Abbasov Valeh deyib.
O bildirib ki, seçkidə təşkilatçılıq düzgün şəkildə aparılır: “Məntəqələrə baş çəkib, seçkinin gedişatını müşahidə edirik. 07:45-dən burdayıq. Təşkilatçılıq düzgün aparılır. Əsasən qeydiyyatın aparılmasına nəzarət edirik”.
Beynəlxalq müşahidəçi qeyd edib ki, günün sonuna qədər seçki prosesini izləyəcəklər: “Daha sonra müşahidələrimiz əsasında yekun qərar açıqlayacağıq”.



Geri dön