Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Siçan dərmanı içərək intihar etdiyi deyilən kişinin ölüm səbəbi başqa imiş-Açıqlama

Siçan dərmanı içərək intihar etdiyi deyilən kişinin ölüm səbəbi başqa imiş-Açıqlama


9-04-2018, 20:00. Yazar: Xeberaz
''Babam siçan dərmanı içməyib...'' - İntihar xəbəri yalan çıxdı
Ahıl kişinin intihar xəbəri yalan çıxdı. Mərhumun ailəsi 80 yaşlı Əvəz Orucovun əsl ölüm səbəbini açıqlanıb
İki gün əvvəl Ağcabədi rayonunun Hindarx kəndində Ə.Orucovun siçan dərmanı içərək intihar etməsi barədə xəbər yaymışdı. Mərhumun nəvəsi Xavər Orucov Xəbəraz.az saytına açıqlamasında bildirib ki, babası intihar etməyib. 
Onun sözlərinə görə, babası ürək çatışmamazdığından dünyasını dəyişib: ''Babam siçan dərmanı içməyib. Həkim düzgün diaqnoz qoyulmamış xəbər yayıb. Amma sonradan ekspertiza babamda ürək çatışmazlığından ölümün baş verdiyini aşkar etdi''.


Geri dön