Ana Sayfa > Karusel / Maraqlı / M2 / Foto-fakt / Ekskluziv > 14- YAşlı Gənc sosial şəbəkə yaratdı

14- YAşlı Gənc sosial şəbəkə yaratdı


7-07-2015, 15:48. Yazar: Xeberaz
14- YAşlı Gənc sosial şəbəkə   yaratdı

İki dostun yaratdığı sosial şəbəkənin dizaynı və funksiyaları dünyanın tanınmış şəbəkələrindən heç də geri qalmır.

14 yaşlı Tural Qurbanov deyir ki, o bu şəbəkəni 15 yaşlı dostu Bəhruz Əsgərli ilə birlikdə yaradıb.

“İnstagram kimi xarici sosial şəbəkələr gördük, istədik bizdə də olsun”.-deyə Xeberaz.az-a bildirən Tural Qurbanov , tezliklə şəbəkədə mobil telefonlar üçün “touch” ilə işləyən oyunları da istifadəyə verəcəklərini açıqlayıb.

Azyaşlı iş adamları, günlük qeydiyyat sayının 50-dən çox olan milli sosial şəbəkəyə diqqətləri çəkmək üçün yeni “tema”lar yaratdıqlarını bildiriblər.

Tural yaratdıqları sosial şəbəkənin Azərbaycanın ən mədəni milli sosial şəbəkəsi olması üçün çalışdırlarını deyir.

O qeyd edib ki, şəbəkədə başqalarını narahat edən, söyüş işlədən istifadəcilərin giriş haqqı əlindən alınacaq.
Geri dön