Ana Sayfa > Karusel / İdman > Sərbəst güləş yığmamız dünya ikincisi oldu

Sərbəst güləş yığmamız dünya ikincisi oldu


9-04-2018, 10:46. Yazar: Xeberaz
Sərbəst güləş yığmamız dünya ikincisi oldu
ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.

Geri dön