Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Gündə 2 yumurta yemək nə üçün vacibdir

Gündə 2 yumurta yemək nə üçün vacibdir


8-04-2018, 10:03. Yazar: Xeberaz

Gündə neçə ədəd  yumurta yemək üzrə həkimlər, dietoloqlar bəzən bir-birinə əks mövqelər göstərir. Çox dietoloqlar qanda xolesterinin miqdarını artırmağa səbəb olduğu üçün məsləhət görmürdülər. Amma son yeni tədqiqatlar göstərdi ki, normada insan gündə 2 ədəd yumurta yeməlidir. 

Kalsiumun yaxşı mənimsənilməsi üçün orqanizmə D vitamini gərəkdir, bu da yumurtada var. YUmurta yedikdə insanın dişləri, sümük sistemi daha yaxşı və möhkəm olur.  Səhər yeməyinə yumurta yeyən adamın gün boyu enerjisi də çox olur.  Yumurtada olan aminturşuları, A, B, D, B12 vitamini, yod, sink, kalsium, maqniy, dəmir və minerallar çox dərmanları əvəz edə bilər. Xüsusən vitaminsiz olan insan üçün vacibdir.  Yumurta adamı kökəltmir. Görmə orqanlarına xeyirlidir. Çünki yumurta sarısında olan lutein kataraktanın qarşısını ala bilir. 
 
Yumurtada ətdəki qədər zülal vardır. Ət yeməyib, 2 ədəd yumurta yeməklə orqanizmin sutkalıq zülal ehtiyatını ödəmək olar. Zülal təzyiqi nəzarətdə saxlamaq üçün vacibdir. Yumurta ürək-qan samar sistemi üçün də əhəmiyyətlidir. 
(medicina.az)
Geri dön