Ana Sayfa > Karusel / Şou-Biznes > 37 yaşlı azərbaycanlı aktrisa ərə gedir - toy iyuldadır

37 yaşlı azərbaycanlı aktrisa ərə gedir - toy iyuldadır


8-04-2018, 09:54. Yazar: Xeberaz

Aktrisa Ülviyyə Əliyeva nişanlanıb. 

Aktrisa bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, nişanlısı Surqutda yaşayır. 

37 yaşlı Ü.Əliyeva nişanlısının adının Manaf olduğunu söyləyib:

"Toyumuz iyulun 18-də olacaq. Hər şey yaxşıdır".

"Keyxanım" ləqəbli aktrisa ailəsindən də söz açıb:

"Mənim iki anam, iki atam və üç nənəm var. Bibimin uşağı olmayıb, məni o, saxlayıb. Mənim anam Azərbaycanın ilk qadın stüardessasıdır. Azərbaycanda təyyarədə səsi gedən ilk qadın olub".
Geri dön