Ana Sayfa > Karusel / Şou-Biznes > "Bir az diqqətsiz olsaydıq, "Kamaz" bizi vura bilərdi" - Nicat

"Bir az diqqətsiz olsaydıq, "Kamaz" bizi vura bilərdi" - Nicat


7-04-2018, 10:48. Yazar: Xeberaz


Aktyor Nicat Rəhimov "Bir xalanın sirri" filminin təhlükəli səhnələrindən danışıb. 

Aktyor qorxduğu üçün həmin səhnələrə çəkilmək istəmədiyini bildirib:
"Bir xalanın sirri" filmində bizim bir çox səhnələrimiz var ki, onları kaskadyorsuz yerinə yetirmişik.  Mənim orada maşında bir səhnəm var. "Kamaz" maşının qabağından keçir, digər avtomobillə toqquşur. Sözün düzü, bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum. Bir az diqqətsiz olsaydıq, "Kamaz" bizi vura bilərdi. 15-20 dəqiqə gözlədim ki, bəlkə bu səhnəni çəkməzlər. Daha sonra keçib sükan arxasına oturdum. Çünki "Kamaz"ın sürücüsü mənə söz verdi ki, gəl otur, heç nə olmayacaq".








Geri dön