Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Sosial evlərin satışı başlayır - QİYMƏTLƏR + ŞƏRTLƏR

Sosial evlərin satışı başlayır - QİYMƏTLƏR + ŞƏRTLƏR


6-04-2018, 23:07. Yazar: Xeberaz


Sosial evlərin satışına may ayının 7-də başlanılacaq. Artıq evlərin hansı qiymətlərlə və şərtlərlə satılacaqıda bəllidir. 1 otaqlı mənzilə görə vətəndaşlar aylıq 129, 3 otaqlı mənzilə görə 282 manat ödəniş etməlidir. Mənzili nağd pullaa almaq istəyənlərə isə əlavə 10 % güzəşt olunacaq.
Cəmi 1 ay sonra Azərbaycanda güzəştli şərtlərlə mənzillərin satışına başlanılacaq.
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışına mayın 7-də başlanılacaq və satış 3 ay aparılacaq. Ümumilikdə satışa 260 ev çıxarılacaq.
Satılacaq bütün mənzillər tam təmirli formada və mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə birgə təqdim olunacaq.
Belə ki, 1 otaqlı mənzilin qiyməti 29925 manatdan, 2 otaqlı mənzilin satış qiyməti 47282 manatdan, 3 otaqlı mənzilin qiyməti 65626 manatdan başlayır. Əgər vətəndaş minumum ilkin ödənişdən daha çox ödəniş edirsə ona endirim edilir və ya mənzili nağd almaq istədikdə 10 % güzəşt olunacaq.
Qeyd edək ki, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabineti olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malik olacaq. 
Geri dön