Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türkiyədə universitetdə qətliam-4 ölü,3 yaralı

Türkiyədə universitetdə qətliam-4 ölü,3 yaralı


5-04-2018, 17:15. Yazar: Xeberaz

Bu gün Türkiyənin Eskişehir şəhərindəki Osmanqazi Universitetində dəhşətli qətliam baş verib.Universitetin Təhsil fakültəsində müəllimlərdən biri silahla iş yoldaşlarına atəş açıb. Nəticədə fakülətinin dekan müavini, fakültə katibəsi, dosent və mühazirəçi həlak olub.
 
İlkin məlumata görə, dəhşətli cinayət fakültədə araşdırma aparan elmi işçilərdən biri tərəfindən törədilib. O, polis tərəfindən saxlanılıb. Hadisə zamanı böyük qorxu yaşayan tələbələr və digər əməkdaşlar universitet binasından təxliyə edilib.


Geri dön