Ana Sayfa > Karusel / M2 / Araşdırma > Cümhuriyyətlə yaşıd olan azərbaycanlılar...

Cümhuriyyətlə yaşıd olan azərbaycanlılar...


5-04-2018, 17:11. Yazar: Xeberaz

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ölkə səviyyəsində qeyd olunacaq. Bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb. Ölkə daxili və ölkə xaricində genişmiqyaslı tədbirlərin keçiriləcəyi gözlənilir.
 
Maraqlıdır, hazırda Cümhuriyyətlə yaşıd neçə Azərbaycan vətəndaşı var?
 
Azərbaycanda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib ki, 2018-ci il yanvarın 1-nə olan vəziyyətə görə Azərbaycan Respublikası üzə 100 və daha yuxarı yaşda olan əhalinin sayı 749 nəfərdir.


“Onlardan 183 nəfəri kişilər, 566 nəfəri qadınlardır”.


Uzunömürlülər əsasən Lerik, Tovuz, Gədəbəy, İsmayıllıda üstünlük təşkil edir.
Geri dön