Ana Sayfa > Karusel / Siyasət > Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır
Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır5-04-2018, 09:26. Yazar: Xeberaz |
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni aprelin 6-dək təqdim edilməlidir. Bundan əlavə yaşayış məntəqələrindən kənarda müstəsna hallarda seçki məntəqələrinin yaradılması da səsvermə gününə azı 5 gün qalanadək başa çatmalıdır. Həmçinin seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi proseduru da aprelin 6-dək başa çatmalıdır. Geri dön |