Ana Sayfa > Karusel / Gündəm / İdman > “Liverpul” və “Barselona” məsələni evdə həll etdi

“Liverpul” və “Barselona” məsələni evdə həll etdi


5-04-2018, 09:25. Yazar: Xeberaz

Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir.
Bu gün mərhələnin ilk görüşləri çərçivəsində daha iki oyunu keçirilib.
İngiltərə təmsilçiləri "Liverpul" və "Mançester Siti" "Enfild Roud"da münasibətlərinə aydınlıq gətiriblər. İlk 30 dəqiqədə 3 qol vuran meydan sahibləri asan qələbə qazanıblar. Salah, Oksleyd-Çemberleyn və Mane qələbəni təmin edən qollara imza atıblar.
Digər görüşdə "Barselona" "Roma"nı qəbul edib. İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayan kataloniyalılar bu dəfə də ənənəyə sadiq qalıblar. 4 qol vuran "Barselona" qarşısında "Roma"nın gücü təsəlli qoluna çatıb. 
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
4 aprel
"Liverpul" (İngiltərə) - "Mançester Siti" (İngiltərə) - 3:0
Qollar: Salah, 12, Oksleyd-Çemberleyn, 21, Mane, 31
Baş hakim: Feliks Brix (Almaniya)
Liverpul, "Enfild Roud" stadionu
"Liverpul": 1. Loris Karius, 4. Vircil van Dayk, 6. Deyan Lovren, 7. Ceyms Milner, 9. Roberto Firmino, 11. Mohammed Salah, 14. Cordan Henderson, 19. Sadio Mane, 21. Oksleyd Çemberleyn, 26. Endi Robertson, 66. Aleks Arnold
Ehtiyat oyunçular: 22. Minyole, 2. Nataniel Klayn, 5. Viynaldum, 18. Alberto Moreno, 28. Danni İnqs, 29. Dominik Solanke, 63. Konor Masterson
Baş məşqçi: Yurgen Klopp
Geri dön