Ana Sayfa > Karusel / Gündəm / Həftə-Reytinq > Bakı metrosunda daha bir yenilik - Qatarda telefonu "zaryadka"ya qoymaq olacaq - FOTO

Bakı metrosunda daha bir yenilik - Qatarda telefonu "zaryadka"ya qoymaq olacaq - FOTO


4-04-2018, 18:21. Yazar: Xeberaz

Dünəndən etibarən "Bakı Metropoliteni" QSC ilə "Metrovaqonmaş"la imzalanmış müqavilə çərçivəsində Bakıya yeni qatarlardan biri gətirilib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "APA"ya verdiyi xəbərə görə, artıq qatar depodadır.
"Hal-hazırda Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparılmalı, bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq. Digər ikinci qatar bu il mayın sonuna qədər gətiriləcək", - deyə N. Paşayev vurğulayıb.
Qurum sözçüsü onu da əlavə edib ki, yeni gətirilən qatarlar daha müasir tiplidir. "Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq".
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Vaqonların istismar müddəti 31 ildir.

Bakı metrosuna gətiriləcək yeni qatarlarda mobil telefonları enerji ilə doldurmaq mümkün olacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, hər bir vaqonda mobil telefon və planşetləri enerji ilə doldurmaq üçün xüsusi yerlər olacaq: "Təsəvvür eləyirsiniz, hər vaqonda, qatarda yox ha, hər bir vaqonda 16 ədəd USB portu var. Orada telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Bundan sonra vaqona minən kimi "qaqaş, bu telefonu tax da ora" söhbəti başlayacaq. Təbii ki, ən qısa müddətdə qırmasaq..."
Geri dön