Ana Sayfa > Karusel / Şou-Biznes > Ana olmağa hazırlaşan aktrisa körpəsini itirdi

Ana olmağa hazırlaşan aktrisa körpəsini itirdi


4-04-2018, 10:35. Yazar: Xeberaz


Ana olmağa hazırlaşan aktrisa Begüm Kütükün hamiləliyi yarımçıq sonlanıb. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, karikaturaçı Erdil Yaşaroğlu ilə ailəli olan aktrisa hamiləliyinin 4-cü ayında körpəsini itirib. Oğlan övladı olacağını gözləyən cütlük hadisə səbəbindən stressə düşüb. Bir qədər əvvəl aktyor Ali Sunalla azərbaycanlı vəkil Nazlı Qurbanzadənin toyunda görüntülənən Begüm hamiləliyi ilə bağlı bunları demişdi:

“Qarnım böyüyür. Ancaq çox sürətlə kökəlirəm, nə edəcəyimi bilmirəm”. 

Xatırladaq ki, Begüm-Erdil cütlüyü 2010-cu ildə ailə qurub.
Geri dön