Ana Sayfa > Karusel / Gündəm / İdman > “Roma” sensasiya axtarışında, ingilislər “Enfild Roud”da üz-üzə

“Roma” sensasiya axtarışında, ingilislər “Enfild Roud”da üz-üzə


4-04-2018, 10:31. Yazar: Xeberaz


Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün mərhələnin daha iki oyunu keçiriləcək.
 
İngiltərə təmsilçiləri “Liverpul” və “Mançester Siti” “Enfild Roud”da münasibətlərinə aydınlıq gətirəcəklər. Bu kollektivlərin avrokuboklarda ilk oyununun nəticəsi böyük maraqla gözlənilir. “Şəhərlilər”in əsas hücumçusu Serxio Aquero matçı buraxacaqsa, “qırmızılar”ın müdafiə xəttindəki problemlər komandaya baha başa gələ bilər.

Digər görüşdə “Barselona” “Roma”nı qəbul edəcək. Kataloniyalılar İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayıb. Bu kollektivlər avrokuboklarda 4 dəfə qarşılaşıblar ki, tərəflər həmin görüşlərdə hərəyə 1 qələbə qazanıblar. İspaniya nəhənginin hədəfi ilk matçdaca mərhələnin taleyini həll etməkdisə, “canavarlar” səfərdə sensasiya axtarışında olacaq.
 
 
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
 
4 aprel
 
22:45. “Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
Liverpul, “Enfild Roud” stadionu
 
22:45. “Barselona” (İspaniya) – “Roma” (İtaliya)
Baş hakim: Danni Makiele (Hollandiya)
Barselona, “Nou Kamp” stadionu


Geri dön