Ana Sayfa > Karusel / Hadisə / Dünya > Əfqanıstanda aviazərbə nəticəsində azı 60 dinc sakin ölüb

Əfqanıstanda aviazərbə nəticəsində azı 60 dinc sakin ölüb


3-04-2018, 21:45. Yazar: Xeberaz

Əfqanıstan Hərbi Hava Qüvvələrinin Qunduz şəhərindəki mədrəsəyə endirdiyi aviazərbələr nəticəsində azı 60 dinc sakin ölüb, 50 nəfər xəsarət alıb.
Bu barədə “Pajhwok” agentliyi senator Abdullah Karlaka istinadən xəbər yayıb. O bildirib ki, ümumilikdə 85 nəfər ölüb. Ölənlərdən 60-ı dinc sakin, 25-i isə “Taliban”çılardır.
 
Mədrəsənin “Taliban”ın nəzarəti altında olduğu deyilir. Hərbçilərin məlumatına görə, zərbə zamanı içəridə 200-ə yaxın şəxs olub. Onların arasında “Taliban”ın yüksək səviyyəli nümayəndələrinin olduğu da hesab edilir. BMT-nin Əfqanıstana dəstək üzrə missiyası dinc sakinlərin ölmə ehtimalının araşdırdığını bəyan edib.
Geri dön