Ana Sayfa > Karusel / Şou-Biznes / Təbriklər > İlkin Həsəni: İllərdir bu günü gözləyirdim – FOTO

İlkin Həsəni: İllərdir bu günü gözləyirdim – FOTO


3-04-2018, 21:37. Yazar: Xeberaz

Tanınmış aparıcı İlkin Həsəni ata olub. Onun qızı dünyaya gəlib.O, qızı ilə fotosunu “Instagram” hesabında paylaşıb.
Aparıcı paylaşımına “Həyatıma xoş gəldin, qızım! İnanılmaz hisslərdir, Allah olmayanlara qismət eləsin!” sözlərini yazıb.
Xəbəraz.Az xəbər verir ki,oxu.az-a təəssüratlarını bölüşən Həsəni “Sevincliyəm, illərdir bu günü gözləyirdim. Bir şeyi gözləyirsən və sonda o arzuna çatırsan. Bu, xoşbəxtlikdir”, - deyə bildirib.
Aparıcı deyib ki, 16 gün öncə atalıq sevincini yaşayıb:
“Martın 18-i dünyaya gəlib. Həkim nəzarətində idi. Şükürlər olsun ki, hər şey yaxşılığa doğru gedir”.
Qeyd edək ki, aparıcı övladının adını Alisa qoyub. İlkin ötən il Aysel adlı xanımla ailə həyatı qurub.
Geri dön