Ana Sayfa > Karusel / Gündəm > Türkiyəli aktyor dünyasını dəyişdi - fotolar

Türkiyəli aktyor dünyasını dəyişdi - fotolar


2-04-2018, 20:30. Yazar: Xeberaz
Türkiyəli aktyor dünyasını dəyişdi - fotolar
Türkiyənin tanınmış aktyoru Dursun Ali Sarıoğlu dünyasını dəyişib.
Teatr, kino və seriallarda tamaşaçıların qarşısına çıxan aktyorun ürək tutmasından öldüyü bildirilir.

81 yaşlı Sarıoğlu natamam təhsil almasına baxmayaraq, çox istedadlı olub. 10 yaşından təhsilini yarımçıq qoyan aktyor maddi sıxıntılar ucbatından bir çox yerdə çalışıb. 1960-cı illərdə tamaşalarda, 1982-ci ildən sonra isə film və seriallarda oynayıb.

O, "En Son Babalar Duyar", "Aşkım Aşkım", "Nazlı Yarim", "Kurtlar Vadisi Pusu", "Kabadayı", "Çiçek taksi" və digər məşhur kimi seriallara çəkilib.






Geri dön