Ana Sayfa > Karusel / Hadisə > İki gün əvvəl Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb-Siyahı

İki gün əvvəl Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb-Siyahı


2-04-2018, 09:53. Yazar: Xeberaz
Lənkərandakı dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı
Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
 
6 nəfərin öldüyü qəzada ağır vəziyyətdə xəstəxanaya çatdırılan 7 yaşlı Ülvi Faiq oğlu Aslanovun həyatını xilas etmək mümkün olmayıb.  Azyaşlı xəstəxanada ölüb.
 
Qeyd edək ki, martın 31-də Lənkəranın Gərmətük kəndində 99-BJ-224 dövlət nömrə nişanlı "Shagman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakin olan 6 nəfər ölüb.
Geri dön