Ana Sayfa > Karusel / Hadisə > Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb

Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb


2-04-2018, 08:27. Yazar: Xeberaz


Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.
2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.
Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.(apa)
Geri dön