Ana Sayfa > Karusel / İdman > Dani Alves dünyanın ən titullu futbolçusu olub

Dani Alves dünyanın ən titullu futbolçusu olub


2-04-2018, 08:24. Yazar: Xeberaz


Fransanın PSJ klubunun braziliyalı futbolçusu Dani Alves tarixə düşüb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı dünyanın ən titullu futbolçusu adına yiyələnib.
 
Belə ki, PSJ-nin Fransa Liqa Kubokunu qazanması ilə Dani karyerasında 37-ci titula yiyələnib. Regional turnir sayılan Nordeste kubokunu da saysaq, bu həddə çatan braziliyalı futbol tarixinə düşüb. Düzdü, adıçəkilən titulla bağlı mübahisələr də qaçılmazdır.
 
Onun hesabında İspaniya çempionatlarında 6, İspaniya kuboku və İspaniya Superkubokunda 5, UEFA Superkubokunda 4, UEFA Çempionlar Liqası və Klublararası dünya çempionatlarında 3, UEFA kuboku və Konfederasiyalar kubokunda 2 qələbə var. Alves həmçinin A seriyası, İtaliya kuboku, Fransa Superkuboku, Nordeste kuboku, Amerika kuboku və Fransa Liqanın qalibidir.
 
Qeyd edək ki, PSJ finalda “Monako”nu 3:0 hesabı ilə məğlub edib.



Geri dön