Ana Sayfa > Karusel / Hadisə > Füzulidə avtomobilin yanması nəticəsində 2 nəfər ölüb

Füzulidə avtomobilin yanması nəticəsində 2 nəfər ölüb


1-04-2018, 23:10. Yazar: Xeberaz


Füzulidə aşan maşının yanması nəticəsində 2 nəfər ölüb."Qayıdış-5" qəsəbə sakini 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlu idarə etdiyi “Mercedes” markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək hərəkətlə idarə edərkən, idarə etməni itirərək yol kənarına düşüb. 
 
Nəticədə avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.



Geri dön