Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanlı deputatı tutduran biznesmen həmyerlimiz SAXLANILDI

Azərbaycanlı deputatı tutduran biznesmen həmyerlimiz SAXLANILDI


31-03-2018, 12:24. Yazar: Xeberaz

Rusiyanın Arxangelsk şəhərində “Abşeron” restoranın sahibi Ərəstun Məcidov həbs edilib.O, miqrantlara saxta sənəd düzəltməkdə ittiham edilir.
 
Məlumata görə, təxminən bir il əvvəl Ərəstun Məcidovun adı Arxangelsk şəhər Dumasının üzvü, azərbaycanlı deputat Hüseyn Əliyevin cinayət işində əsas fiqurant kimi keçirdi. O, Hüseyn Əliyevin əleyhinə ifadə verərək deputatı rüşvət almaqda ittiham edib. Məhz onun ifadələri əsasında Hüseyn Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bir qədər əvvəl isə Ərəstun Məcidov Arxangelsk vilayətinin “Pomorye” telekanalının jurnalisti Litomini döymüşdü. Amma hansısa yolla məsuliyyətdən qaça bilmişdi. 
Geri dön