Ana Sayfa > Karusel / Hadisə > Yeniyetmə ehtiyatsızlıqdan qardaşını öldürdü-BAKIDA

Yeniyetmə ehtiyatsızlıqdan qardaşını öldürdü-BAKIDA


31-03-2018, 12:18. Yazar: Xeberaz


Martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.  
Geri dön