Ana Sayfa > Karusel / Qadınlar / M2 > Tər qoxusunun qarşısını alan SADƏ ÜSUL

Tər qoxusunun qarşısını alan SADƏ ÜSUL


6-07-2015, 23:57. Yazar: Xeberaz
Tər qoxusunun qarşısını alan SADƏ ÜSUL

Yay aylarında tər qoxusu üçün təbii vasitə axtarırsınızsa, bu, tamamilə sizin üçündür.
Önəmli olan tərləmənin deyil, tər qoxusunun qarşısını almaqdır. Tərləyəcəksiniz, amma tər qoxusu hiss edilməyəcək. Bəs bu möcüzə necə ola bilər? İnanılmazdır, amma mətbəxdə istifadə etdiyiniz iki məhsul bu işdə sizə yardımçı ola bilər. Limon və alma sirkəsi tamamilə tər qoxusunun yaranmasının qarşısını alır.

Aile.lent.az saglamolun.az-a istinadən həmin üsulu təqdim edir. Tətbiqetmə metodu çox sadədir: bir neçə damcı limonu və ya alma sirkəsini qoltuğunuzun altına çəkin. Tərləsəniz belə, təxminən 8 saat ərzində qoxu hiss etməyəcəksiniz. Sirkə qoxusunun bir neçə dəqiqə ərzində uçduğunu da unutmayın. Əgər qoltuq altınızın qaralmasından şikayət edirsinizsə, limon damlaları qoltuğunuzun rənginin açılmasına da yardımçı olacaqdır.

Limonu və alma sirkəsini pambığa damladaraq istifadə etməyiniz məsləhət görülür. Alma sirkəsini bir az sulandıraraq kiçik bir sprey şüşəsinə doldurub yanınızda da gəzdirə bilərsiniz.
Geri dön