Ana Sayfa > Karusel / Hadisə > Şəkidə 3 uşaq anası intihar edib

Şəkidə 3 uşaq anası intihar edib


30-03-2018, 17:06. Yazar: Xeberaz

Şəkidə qadın intihar edib.

Hadisə bu gün günorta saatlarında Şəki şəhəri Yaqub Süleymanov küçəsində baş verib.

Üç uşaq anası olan, 1985-ci il təvəllüdlü Səidə Əbdül qızı Əhmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. S. Əhmədovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.  

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.(apa)



Geri dön