Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > Bu kənddə hər qəbrin bir qibləsi var - VİDEO

Bu kənddə hər qəbrin bir qibləsi var - VİDEO


29-03-2018, 20:43. Yazar: Xeberaz

Ucar rayonunun Qəzyan kənd qəbiristanlığında qəbirlərin istiqaməti qibləyə yox, müxtəliv tərəflərə yönəlib.
100 ildən çox yaşı olan qəbiristanlıqda kim hansı istiqamətə istəyirsə, meyiti o istiqamətə basdırır.
Məzarların müxtəlif istiqamətlərə baxması kənardan gələnlərin də diqqətini çəkir. Burada son bir neçə ildə qazılan qəbirlər də var ki, onların da istiqamətləri fərqlidir.
Din xadimləri bunun yanlış olduğunu deyirlər.
Axund Elnur Rəhimov bildirir ki, qəbrin üzünün qibləyə olması məsələsini bəzi vətəndaşlar düzgün başa düşmürlər. Din xadimi onu da deyir ki, sakinlər arasında bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılsa da, hələ də qəbirqazıma qaydalarına riayət etməyənlər var.

Geri dön