Ana Sayfa > Karusel / Hadisə > FHN: Yasamalda yanğın olması barədə məlumatlar yalandır

FHN: Yasamalda yanğın olması barədə məlumatlar yalandır


29-03-2018, 14:05. Yazar: Xeberaz

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə məlumat yayılıb.
Bu barədə Trend FHN-nin saytına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Fövqəladə Hallar Nazirliyinə qeyd olunan ünvanda yanğın olması barədə müraciət daxil olmayıb.


Geri dön