Ana Sayfa > Karusel / Hadisə / M2 / Foto-fakt > Lənkəranda maşın velosipedçini vurdu

Lənkəranda maşın velosipedçini vurdu


6-07-2015, 23:24. Yazar: Xeberaz
Lənkəranda maşın velosipedçini vurdu

Lənkəranda velosipedçinin vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 6-da saat 19.00 radələrində rayonun Haftonu qəsəbəsinə gedən şose yolda qeydə alınıb.

Rayonun Haftonu qəsəbə sakini, 1989-cu il təvəllüdlü Tahle Hacıməmməd oğlu Mirzəyevin idarə etdiyi “NAZ Lifan” markalı, 42 BT 824 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkətdə olan rayonun Kərgəlan kənd sakini, 1994-cü il təvəllüdlü İlqar Güloğlan oğlu Həmidzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Həmidzadə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Geri dön