Ana Sayfa > Karusel / İdman > Qurban Qurbanovun komandası heç-heçə etdi

Qurban Qurbanovun komandası heç-heçə etdi


27-03-2018, 22:29. Yazar: Xeberaz

Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

“Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimiz üçün bir ilkdir.

Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.
27 mart
Yoldaşlıq görüşü
20:00. Azərbaycan – Makedoniya - 1:1 
Qol: 
Riçard Almeyda,6-pen. (1:0), Traykovski, 22-pen. (2:2)
Baş hakim: Halis Özkahya
Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık (hamısı Türkiyə)
VAR hakimləri: Cüneyt Çakır, Hüseyin Göçek (hamısı Türkiyə)
Antalya. “Mardan” stadionu
Geri dön