Ana Sayfa > Karusel / Gündəm > Mir Şahinin televiziyası ilə bağlı - Yenilik

Mir Şahinin televiziyası ilə bağlı - Yenilik


27-03-2018, 11:52. Yazar: Xeberaz


Bu gündən etibarən Real TV kanalı Ailə TV-nin yayım şəbəkəsinə əlavə olunub.
Bu barədə telekanalın Feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, kanalı Ailə TV-nin İPTV və Kabel TV rəqəmsal yayım növündə izləmək mümkündür.
Qeyd edək ki, Real TV fəaliyyətə martın 15-dən başlayıb. Telekanalın rəhbəri telejurnalist Mirşahin Ağayevdir. Real TV-də işləyənlərin əksəriyyəti keçmiş ANS-çilərdir.
***
Milli Televiziya və Radio Şurası (MTRŞ) Real TV-ni kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına daxil edib.
Geri dön