Ana Sayfa > Karusel / Gündəm > Rusiyadakı yanğında ölənlər arasında azərbaycanlılar var? –AÇIQLAMA

Rusiyadakı yanğında ölənlər arasında azərbaycanlılar var? –AÇIQLAMA


26-03-2018, 11:51. Yazar: Xeberaz

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycannın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata əsasən, ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.
Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.
Qeyd edək ki, “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.
Sponsor-@sevimli.magazam (saat mağazısı)
Geri dön