Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda nəzarətsiz qalan 2 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıtda nəzarətsiz qalan 2 yaşlı uşağın üzərinə qaynar su dağılıb


26-03-2018, 11:50. Yazar: Xeberaz

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
Şəhərin 4-cü mikrorayon, ev 25/6A , mənzil 37 ünvanında yaşayan 2016-cı il təvəllüdlü Məmmədov Əmir Elmir oğlunun üzərinə qaynar su dağılıb.
Hadisə uşağın mətbəxdə nəzarətsiz qaldığı vaxtda baş verib. Azyaşlının üzərinə dağılan qaynar su onun bədəninin müxtəlif nahiyələrinin yanması ilə nəticələnib. 2 yaşlı uşaq dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, 2 yaşlı Əmir Məmmədovun vəziyyəti qənaətbəxşdir və tam nəzarət altında müalicəsini davam etdirir. (report)
Sponsor-@sevimli.magazam (saat mağazısı)


Geri dön