Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > Azərbaycanda saatların irəli çəkilməsi çaşqınlıq yaratdı - VİDEO

Azərbaycanda saatların irəli çəkilməsi çaşqınlıq yaratdı - VİDEO


25-03-2018, 20:26. Yazar: Xeberaz

Azərbaycan 2016-cı ildən qış və yay vaxtına keçiddən imtina edib. Yəni yazda və payızda irəli-geri çəkilən saat sistemi ləğv olunub.
Məlumata görə, ancaq buna baxmayaraq yenə bu gün səhər saatlarında bəzi mobil telefon və kompüterlərdə saatlar 1 saat irəli çəkilib.
Ekspert Rövşən Əkbərov bildirir ki, bəzi cihazlarda vaxtın dəyişməsinə səbəb onların saat sisteminin ən son olaraq Azərbaycanda yay vaxtının ləğv olunmasından öncə tənzimlənməsidir.
Adətən "ağıllı" və məlumatlarını daim yeniləyən cihazlarda saat problemi yaşanmayıb və yaşanmayacaq. Ancaq bəzi mobil cihazlarda günəşdən səmərəli istifadədən imtina etməklə də saatın dəyişməsinin qarşısını almaq olar.
Onu da qeyd edək ki, yay və qış vaxtı rejimindən istifadə insanlarda əlavə psixoloji problemlər və gərginlik yaratdığından Azərbaycan 2 il öncə vaxt dəyişməsindən imtina edib.
Sponsor-@sevimli.magazam (saat mağazısı)

Geri dön