Ana Sayfa > Karusel / Gündəm > “Eurovision”un ilk qalibi vəfat edib

“Eurovision”un ilk qalibi vəfat edib


25-03-2018, 16:42. Yazar: Xeberaz


İsveçrə xəstəxanalarından birində “Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Liz Assiya 95 yaşında vəfat edib.
Müğənninin 1956-cı ildə “Eurovision”da “Refrain” mahnısı ilə qalib gəlməsi ona uğur gətirib.
Daha sonra isə Assiya İsveçrəni 1957 və 1958-ci illərdə də təmsil edib.
Müğənni 1924-cü ildə anadan olub. O, səhnə fəaliyyətinə 1940-cı ildə başlayıb.
Ömrünün son illərində Liz “Eurovision” mahnı müsabiqəsinə həsr edilmiş müxtəlif tədbirlərdə iştirak edib. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin fəxri qonağı olub.
Sponsor-@sevimli.magazam (saat mağazısı)
Geri dön