Ana Sayfa > Karusel / Hadisə > Qobustanda faciə: 2 uşağın başına bunlar gəldi

Qobustanda faciə: 2 uşağın başına bunlar gəldi


23-03-2018, 12:01. Yazar: Xeberaz

Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Hadisə Qobustan şəhərində qeydə alınıb.

Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
  
Faktla bağlı araşdırma aparılır.
Geri dön