Ana Sayfa > Karusel / Gündəm > Sabah güclü külək olacaq

Sabah güclü külək olacaq


22-03-2018, 15:32. Yazar: Xeberaz

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturunun gecə 6-8° isti, gündüz 10-14° isti olacağı gözlənilir.
Martın 23-25-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal edilir.
Həmin günlərdə Abşeron yarımadasında güclü xəzri küləyinin giləvar küləyi ilə bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Sponsor-@sevimli.magazam (saat mağazısı)
Geri dön