Ana Sayfa > Karusel / Hadisə > Xızıda 5 yaşlı uşağın üstünə qaynar su tökülüb

Xızıda 5 yaşlı uşağın üstünə qaynar su tökülüb


22-03-2018, 11:32. Yazar: Xeberaz


Xızı rayonunda 5 yaşlı qız bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.
 
Hadisə rayonun Giləzi qəsəbəsində baş verib.
 
Belə ki, mətbəxtdə nəzarətsiz qalan 2013-cü il təvəllüdlü Gülsurə Seyid qızı Mustafayevanın üzərinə qaz üstündə qaynayan su dağılıb. Azyaşlı ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Müayinə zamanı azyaşlının 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri aldığı müəyyən edilib və dərhal Bakı şəhərinə gətirilib.
 
Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Sponsor-@sevimli.magazam (saat mağazısı)


Geri dön