Ana Sayfa > Karusel / Siyasət / Dünya > Myanma prezidenti istefa verdi

Myanma prezidenti istefa verdi


21-03-2018, 12:16. Yazar: Xeberaz


Myanmanın 71 yaşlı dövlət başçısı U Txin Çjo istefa verdiyini açıqlayıb.
Bu barədə “Sinxua” agentliyi informasiya yayıb.
Məlumata görə, prezidentin istefasına səbəb onun istirahət etmək istəyi olub. Myanmanın yeni prezidentinin qarşıdakı 7 iş günü ərzində seçiləcəyi bildirilib.
Qeyd edək ki, yerli mətbuat ölkə başçısının sağlamlığı ilə əlaqədar hakimiyyətdən getdiyini yazıb.
Geri dön