Ana Sayfa > Karusel / İdman > Şəhriyar Aronyanla yenə heç-heçə etdi

Şəhriyar Aronyanla yenə heç-heçə etdi


21-03-2018, 12:15. Yazar: Xeberaz


Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən şahmat tacına iddiaçılar turnirində bu gün 9-cu turun oyunları baş tutub.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da növbəti görüşünü keçirib. Həmyerlimiz erməni şahmatçı Levon Aronyanla qarşılaşıb. İlk dövrədə olduğu kimi, tərəflər bu dəfə də xalları yarı bölüblər.
9-cu tur
Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya)  0,5:0,5
Fabiano Karuana (ABŞ) – Dinq Liren (Çin)  0,5:0,5
Sergey Karyakin (Rusiya) – Vladimir Kramnik (Rusiya) 1:0
Turnir cədvəli: Karuana - 6 xal, Məmmədyarov - 5,5, Qrişuk - 5, Dinq Liren, Karyakin, 4,5 Kramnik, Aronyan, So - 3,5
Sponsor-@sevimli.magazam (saat mağazısı)
Geri dön