Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının “hay-küylü xəbər”inə cavab verdi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının “hay-küylü xəbər”inə cavab verdi


20-03-2018, 11:01. Yazar: Xeberaz


Ermənistan mətbuatı işğal altındakı Dağlıq Qarabağ ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulduğu barədə məlumat yayıb. 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumata aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirlib ki, Ermənistan mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.
“Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib”,-deyə Azərbaycan Müdafiə Nazirliyi bildirib.


Geri dön