Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Putin yenidən prezident seçildi

Putin yenidən prezident seçildi


19-03-2018, 10:53. Yazar: Xeberaz


Rusiyada keçirilən prezident seçkilərinin nəticələri demək olar ki, bəlli olub.
Seçki bülletenlərinin 99 faizinin hesablanmasının nəticələrinə görə Vladimir Putin ötən gün Rusiyada keçirilən prezident seçkilərində 76,65 faiz seçici səsi toplayıb.

 
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 
Rəsmi məlumata görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin siyahıda 11,82 faiz səslə ikinci yerdə qərarlaşıb. Vladimir Jirinovski siyahıda 5,68 faiz səslə üçüncü yerdədir.


Geri dön